Lənkəran rayonunda “Şagirdlərin və valideynlərin hüquq və vəzifələri” mövzusunda konfrans keçirilib. Bu haqda məlumat Lənkəran rayon C.Əzimov adına Viravul kənd 2 nömrəli məktəbin rəsmi Facebook səhifəsində paylaşılıb.
Konfrans məktəbin məzunu olan polkovnik Emil Nəzirovun xatirəsini yad etmək məqsədi ilə bir dəqiqəlik sükütla başlayıb. Məktəb direktorunun çıxışından sonra 5 və 11-ci sinif rəhbərlərinin moderatorluğu ilə valideynlər ilə müzakirələr aparılıb.
Eyniadlı konfrans 15 yanvar saat 09:00-da baş tutacaq. Konfrans 1 və 4-cü sinif valideynləri üçün təşkil olunacaq.