Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 noyabr 2021-ci ildə F.Şükürova məxsus yardımçı təsərrüfatdan oğurluq edən şəxs saxlanılıb. Bu haqda məlumatı bu gün, 12 yanvar tarixində Daxili İşlər Nazirliyi verib.
Belə ki, Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev yardımçı təsərrüfatdan 1555 manat dəyərində məişət əşyaları və 10 ev quşu oğurlayıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.