Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşları Lənkəran Tibb Kollecində təlim təşkil ediblər. Bu haqda məlumat Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən görüş “Sağlam həyat, Sağlam düşüncə” mövzusunu əhatə edib. Çıxışlar zamanı sağlam həyat tərzinə mane olan zərərli vərdişlər və yad ideoloji düşüncələrdən bəhs edilib.
Düzgün qidalanma, idman, fiziki aktivlik, şəxsi gigiyena, normal yuxu rejimi, zərərli vərdişlər, milli mənəvi dəyərlərin qorunması və digər dəyərlərin vacibliyi qeyd edilib.