Lənkəranda polis tərəfindən saxlanılan şəxsin oğurluq əməlləri aşkar edilib. Bu haqda Cenublu.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Lənkəran ŞRPŞ-ə daxil olmuş məlumat nəticəsində polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə start vermişdirlər. Nəticədə Lənkəran şəhər sakini R.Cəbizadə saxlanılmışdır. Onun üzərindən heroin aşkar edilərək götürülmüşdür.
Aparılan araşdırmalar zamanı R.Cəbizadənin bir sexdən 2 ədəd kompüter və 1 qapı, bir məzarın ətrafından isə təmir-tikinti alətlərini oğurlaması da müəyyən edilmişdir.