Baş nazir Əli Əsədov Lənkəran və Masallı şəhərlərində hərəkət (mobillik) planının hazırlanması qaydasını təsdiq edib. Bu haqda Cenublu.az Nazirlər Kabinetinə istinadən xəbər verir.
Baş nazirin qərarına əsasən, Lənkəran və Masallı rayonlarının icra hakimiyyəti orqanları küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən "Şəhərdaxili hərəkət (mobillik) planı"nın layihəsini təqdim etməlidirlər.
Hazırlanan qaydanın prinsiplər hissəsində qeyd olunub ki, layihənin hazırlanması zamanı vətəndaş cəmiyyəti institutlarının, hüquqi şəxslərin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin təklifləri alınmalıdır.
Layihəni təqdim etmək üçün icra hakimiyyəti orqanlarına 6 ay müddət verilib.