Lənkəran rayon Vəkil Bürosunun əməkdaşları döş nişanları ilə mükafatlandırılıblar.
Büronun vəkilləri İbarət Həsənov və Məmmədqulu Məmmədov illərdir bu peşədə göstərdikləri əməyin qarşılığında "Azərbaycan vəkilliyinin 100 illiyi" döş nişanına layiq görülüblər. Onlara nişanları Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov təqdim edib.
Təqdimetmə mərasimində Vəkil Bürosunun sədrləri və əməkdaşları iştirak ediblər.