Lənkəran şəhərində məişət tullantılarının küçəyə dağılması sakinləri narahat edir. Bu haqda məlumat bu gün, 17 yanvar tarixində Cenublu.az-a daxil olub.
Söhbət Lənkəran şəhəri Nizami küçəsi 90 ünvanından gedir. Sakinlərin sözlərinə görə, ərazidə bir ədəd məişət tullantıları üçün qab var, lakin o da istifadəyə yararsızdır. Qabın altı qopduğundan, tullantılar küçəyə tökülür, sahibsiz itlər oranı dağıdırlar.
"Həqiqətən, küçədən keçəndə üfunət qoxusu insana pis təsir edir. Aidiyyəti qurumlardan xahiş edirəm ki, ərazini təmizləsinlər", - deyə sakin öz müraciətində bildirib.