Lənkəran rayonunda polis əməkdaşları tərəfindən bir gündə 2 narkotacir saxlanılıb. Bu haqda Cenublu.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Belə ki, rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Lənkəran şəhər sakini 50 qram heroin satarkən saxlanılmışdır. Əvvəllər məhkum olunmuş R.Əkbərovun avtomobilinə keçirilən baxış zamanı, oradan 6 kiloqram 20 qram heroin, 1 kiloqram 250 qram metamfetamin, 1 kiloqram 995 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Əlavə əməliyyat tədbirləri nəticəsində Xanlıqlı kənd sakini saxlanılmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlanılmış B.Rzayevdən 1 kiloqram 280 qrama yaxın marixuana aşkar edərək götürüblər.