Lənkəranda şəhərdən kəndlərə və geridönüş edən əksər ictimai nəqliyyat vasitələrinin istifadəyə yararsız halda olmaları müşahidə olunur. Bununla bağlı Lənkəran sakinləri Cenublu.az-a müraciət ediblər.
Şəhərin mərkəzində yerləşən Böyük bazardan Lənkəran rayonunun müxtəlif kəndlərinə marşrutlar gedir. Nəqliyyat vasitələrinin istifadəyə yararsız halda olması sakinlərin haqlı narazılığına səbəb olur. Oturacaqların olmasına baxmayaraq sakinlər bəzən ayaqüstə gedir. Buna səbəbi isə oturacaqların yararsız halda olmasıdır.
Həmçinin sakinlər xətt üzrə marşrut saylarının az olmasından gileylənirlər. Onlar bildirir ki, əsasən axşam 18:00-dan sonra işdən evə qayıtdıqda avtobuslar gec-gec gəlir. Onlar məcburən soyuqda gözləməli olurlar.
"Elə avtobuslar var ki, pəncərələri yoxdur. Nəqliyyat köhnə olduğundan, isitmə sistemi işləmir. Hamı bilir ki, Lənkəran qış aylarında soyuq olur. Biz də dona-dona gedirik. Avtobuslar o qədər köhnədir ki, birdə görürsən evə gedəndə 3-4 dəfə yolda qalırıq", - deyə sakinlərdən biri qeyd edib.
[URIS id=9484]