Lənkəran şəhəri mərkəzi küçələrinin birində sakinlər zibillərin yığışdırılmamasından narahatdırlar. Bununula bağlı onlar bu gün, 10 yanvar tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, Nizami küçəsi 79 ünvanında, Mərkəzi Xəstəxananın və Təbriz şirniyyat evinin yanında zibil qutuları olmadığından, sakinlər tullantıları yol kənarına yığırlar. Nəticədə ərazidən keçən insanlar da buranı zibillik bilərək öz tullantılarını bura atırlar.
"Evimizdə pis qoxudan otura bilmirik. Qrafika uyğun hər həftənin 3-cü günü zibil yığışdırılmalıdır. Amma gördüyümüz mənzərə budur. Xahiş edirik aidiyyəti qurumlardan, məhəlləmizi zibil qutuları ilə təmin etsinlər", - deyə sakinlər söyləyiblər.