Lənkəran şəhər Mərkəzi kitabxanasında "Narkomaniya insanlığın faciəsidir" adlı maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin rəsmi Facebook səhifəsi bu gün, 21 yanvar tarixində verib.
Tədbirdə "Sağlam yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin əməkdaşları, 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin bir qrup şagirdləri, tərbiyəvi işlər üzrə direktor müavini, psixoloq və bir qrup gənc müəllim iştirak ediblər.