Lənkəran şəhəri Sahil küçəsi, Dəmir yolu vağzalı ilə üzbəüz küçə zibillik içindədir. Bu haqda məlumatı bu gün, 8 yanvar tarixində Cenublu.az verir.
Sakinlərin sözlərinə görə, ərazi 6-7 aya yaxındır ki, təmizlənmir. "Dəfələrlə müraciət etmişik, səsimizi eşidən yoxdur. Pis qoxudan evimizdə belə otura bilmirik", - deyə onlar söyləyirlər.