Lənkəran rayonunda əvvəllər bələdiyyə binası kimi fəaliyyət göstərmiş inzibati bina yanıb. Bu haqda məlumat bu gün, 11 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında paylaşılıb.
Belə ki, rayonun Vilvan kəndində ümumi sahəsi 200 kv.m olan birmərtəbəli binada yanğın hadisəsi qeydə alınıb. Binanın tavanı və 35 kv.m-lik dam örtüyü kül olub.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının baş vermə səbəbləri araşdırılır.