Lənkəran şəhərində yerləşən Həzi Aslanov xiyabanında şəhidlərimizin adına xatirə lövhəsi ucaldılıb. Bu haqda məlumatı bu gün, 6 yanvar tarixində Cenublu.az verir.
66 lənkəranlı şəhidimizin və general Polad Haşımovun şəkili olduğu lövhədə "Torpağın üstündə gəzərkən altında necə Qəhrəmanların yatdığını unutma!" sözləri yazılıb.
Qeyd edək ki, xatirə lövhəsi şəhid İqbal Əhmədağa oğlu Bayramovun sahibi olduğu, hal-hazırda xanımının işlətdiyi "Foto Şərq" sürətli foto və kreativ hədiyyələr mağazası tərəfindən hazırlanıb və quraşdırılıb.