Lənkəran şəhəri Arif Bağırov və Rövşən Bayramov küçələrindəki telefon dirəkləri qəzalı vəziyyətdədir. Bu haqda məlumatı bu gün, 22 yanvar tarixində Cenublu.az verir.
Belə ki, sakinlərin sözlərinə görə, bir vaxt öncə Rövşən Bayramov küçəsindəki dirək aşma təhlükəsi ilə qarışılaşıb. Lakin onu təmir etmək əvəzinə yanına beton dayaq basdırıblar. Amma bunun bir faydası olmayıb - dirək yenə əyilib.
Qeyd edək ki, hər iki küçədə yerləşən dirəklərdən telefon xətləri keçir. Əgər dirəklər aşsa, ərazi telefonsuz qalacaq.