Lənkəran şəhər Gənclər və İdman İdarəsində A.Məhərrəmov adına 7 nömrəli məktəbin Peşə Təmayüllü sinifinin şagird və müəllim kollektivi ilə əməkdaşlıq görüşü keçirilib. Bu haqda məlumatı Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsi verib.
Dərzi köməkçisi və Çilingər ixtisasında təhsil alan şagirdlərə sahibkarlıq bacarıqlarının inkişafı ilə bağlı kitab və "Sağlam həyat tərzinin təbliği və koronavirus infeksiyasının qarşısının alınması" məqsədilə maarifləndirici bukletlər paylanılıb.