Köhnə Ələt-Astara magistral yolu, Lənkəran rayonu Göyşaban kənd ərazisində yerləşən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin ərazisi zibillik içindədir. Bu haqda məlumatı bu gün, 12 yanvar tarixində Cenublu.az verir.
Belə ki, ərazi xeyli zamandır ki, tullantılardan təmizlənmir. Həmçinin, ətrafda zibil qutularının olmaması bu vəziyyətə gətirib çıxarır.