İyunun 26-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az-a verilən məlumata görə, Biləsuvar, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astarada fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.