Milli Hidrometeorologiya Xidməti iyulun 3-ü günün ikinci yarısından 6-dək bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə Cenublu.az-a xidmətdən bildirilib.
Qeyd olunub ki, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara və Biləsuvarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.