Aprel döyüşlərinin iştirakçısı 5 gün komadan sonra vəfat edib.
Cenublu.az xəbər verir ki, qazi Ramin Süleyman oğlu Hümbətov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) hospitalizasiya olunub. Vəziyyətinə uyğun olaraq o, reanimasiya şöbəsinə yerləşdirilib və 5 gün komada qalıb. Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq, R.Hümbətovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün səhər saatlarında müalicə aldığı Lənkəran RMX-də dünyasını dəyişib.
Qeyd edək ki, qazi Ramin Süleyman oğlu Hümbətov Aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə yaralanıb.