Təhsildən yayınan Lənkəran rayonundan köçmüş 2 azyaşlı yenidən məktəbə cəlb olunublar. Bu haqda məlumat bu gün, 12 yanvar tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin rəsmi saytında paylaşılıb.
Sosial şəbəkə vasitəsilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, 11 yaşlı Aylin Rzayevanın və 13 yaşlı Asif Hüseynovun təhsildən yayınması faktı daxil olub. Pirallahı rayon İcra Hakimiyyəti yerdəyişmə yolu ilə uşaqları Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsində fəaliyyət göstərən N.S.Teymurov adına 231 №li tam orta məktəbə cəlb ediblər.
Qeyd edək ki, ailə cari ilin avqust ayında Lənkəran rayonundan köçərək, Pirallahı rayonunda qeydiyyatsız olaraq məskunlaşmışdır.