top
Həmkəndlisinin barmağını sındıranın cəzası ağırlaşdırılıb
10 noyabr 2025, 22:37
- +

Həmkəndlisinin barmağını sındıranın cəzası ağırlaşdırılıb

İmişli rayon sakini Əlikram Baxışov 2024-cü il yanvarın 7-də Qızılkənd kəndində yerləşən bir MMC-yə məxsus obyektin yaxınlığında baş verən insidentlə bağlı məhkəmə qarşısına çıxıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin əməkdaşları həmin ərazidə baxış keçirdiyi vaxt, zərərçəkmiş şəxs – Səlim Kərimov prosesi telefonla çəkib. Baxışın görüntülənməsinə etiraz edən Əlikram Baxışov onunla mübahisə edib və fiziki güc tətbiq edərək Səlimin sol əl barmaqlarını burub.

Zərərçəkmişin sol əlinin 4 və 5-ci barmaqları sınıb. Tibbi ekspertiza bu xəsarətləri sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirib.

İmişli Rayon Məhkəməsinin hökmü ilə Əlikram Baxışov 1 100 manat cərimə cəzasına məhkum edilmiş, zərərçəkmişin 2 000 manatlıq mənəvi zərər tələbi təmin olunmamışdı.

Daha sonra iş üzrə apellyasiya iclası Şirvan Apellyasiya Məhkəməsində keçirilib. Hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmişin müraciəti isə qismən təmin edilib. Əlikram Baxışova 1 il müddətinə islah işləri cəzası verilib, onun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulacaq. Bundan əlavə, o, zərərçəkmişə 300 manat mənəvi zərər ödəməlidir.

Qeyd edək ki, adlar şərtidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:57

Maşxan kəndi qazsız qalacaq

Bütün xəbərlər
Bu gün, 13:26

FHN: Ötən həftə 881 yanğına çıxış olub

Cəmiyyət
Bu gün, 12:58

Astarada faciə: Elektrik dirəyində işləyən 36 yaşlı kişi həyatını itirdi

Kriminal
Bu gün, 12:29

Polis 19 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Kriminal
Bu gün, 11:57

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Biləsuvarda yol qəzası: 3 nəfər xəsarət alıb

Bütün xəbərlər
Bu gün, 10:58

Lənkəran gecələr yenə qaranlığa qərq olur

Bütün xəbərlər
Bu gün, 10:26

Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı

Bütün xəbərlər
Bu gün, 09:53

Daxili Qoşunların döyüşlərdə şəhid olan çavuşu

Bütün xəbərlər
Bu gün, 09:11

Nazirlik xəbərdarlıq etdi

Bütün xəbərlər
25 iyul 2026, 17:05

Qarpızların gizli təhlükəsi

Bütün xəbərlər
25 iyul 2026, 16:30

Azərbaycana idxal olunan qarğıdalının həcmi açıqlandı

Bütün xəbərlər
25 iyul 2026, 15:55

Lənkəranda baxımsız kanal daşqın təhlükəsi yaradır

Bütün xəbərlər
25 iyul 2026, 15:20

Lerikdə Mərakeş çəyirtkələrinə qarşı mübarizə gücləndirildi

Bütün xəbərlər
25 iyul 2026, 14:46

Cəlilabadlı şəhidimizin doğum günüdür

Kriminal
25 iyul 2026, 14:14

Qarabağdan mal-qara gətirəcəyini dedi, 17 min manatı mənimsədi

Cəmiyyət
25 iyul 2026, 13:40

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR - AYNA araşdırmalara başladı

Bütün xəbərlər
25 iyul 2026, 13:04

İtkin düşən yeddi nəfər tapıldı

Bütün xəbərlər
25 iyul 2026, 12:35

Polis 45 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Bütün xəbərlər
25 iyul 2026, 12:02

Sabah Azərbaycanda hava necə olacaq?

Bütün xəbərlər
25 iyul 2026, 11:33

BDYPİ isti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib

Kriminal
25 iyul 2026, 11:00

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Bütün xəbərlər
25 iyul 2026, 10:25

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

Oxşar xəbərlər