top
General Səməd bəy Mehmandarovun doğum günüdür
16 oktyabr 2025, 01:30
- ↺ +

General Səməd bəy Mehmandarovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün,16 oktyabr tarixində Azərbaycanın ilk hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun anadan olmasının 170 illiyidir.

Səməd bəy Sadıx bəy oğlu Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəran şəhərində anadan olub. Orta təhsilini Bakıda gimnaziyada alıb. 16 yaşında ikən Rusiyanın II Konstantinovka Artilleriya Məktəbinə daxil olub və 1875-ci ilin dekabrında podporuçik (leytenant) rütbəsi alıb. Həmin dövrdə üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib.

Səməd bəy Mehmandarov 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə isə general-mayor rütbəsinə yüksəlib. Rus-Yapon müharibəsində göstərdiyi igidliyə görə o, 1908-ci ildə tam artilleriya generalı rütbəsi alıb ki, bu da rus ordusunda ən yüksək generallıq rütbələrindən biri sayılırdı.

I Dünya müharibəsi zamanı o, Varşava yaxınlığında yerləşən 21-ci piyada diviziyasına komandanlıq edib. Diviziyanın tərkibində dörd alay vardı. Lodz istiqamətində alman generalı Makenzonun ordusu üzərində qazandığı qələbə ilə adını hərb tariximizə yazdırıb.

1915-ci ildə korpus komandiri təyin olunub. 1917-ci ilin əvvəlində o, Rusiyanın bütün hərbi ordenləri ilə, həmçinin İngiltərə, Fransa və Rumıniyanın bir sıra ordenləri ilə də təltif edilmişdi.

Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci il dekabrın 25-dən etibarən hərbi nazir vəzifəsini icra edib. Onun rəhbərliyi ilə qısa müddət ərzində 30 minlik nizami ordu yaradılıb.

Ömrünün son illərində islam tarixi və fəlsəfəsi ilə məşğul olan general 12 fevral 1931-ci ildə Bakıda vəfat edib.

Son xəbərlər

Faydalı
Bu gün, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər