Azərbaycanda avqustun 11-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yağıntılar bir sıra ərazilərdə leysan xarakterlidir, şimşək çaxır.
Düşən yağıntının miqdarı Lənkəranda 8, Lerik, Astara, Biləsuvarda 1 mm-dir.