Mayın 5-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az -a verilən xəbərə görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
Düşən yağıntının miqdarı Lerikdə 26, Yardımlıda 16, Lənkəranda 15, Astarada 14, Cəlilabadda 10 mm-dək təşkil edir.
Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.
Dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.