top
DYP səfərə çıxan sürücülərə ÇAĞIRIŞ ETDİ
30 iyun 2025, 06:59
- ↺ +

DYP səfərə çıxan sürücülərə ÇAĞIRIŞ ETDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

DIN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib.

Cenublu.az-a bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, yay mövsümünün başlanması ilə əlaqədar olaraq ölkə yollarında nəqliyyat axınının artması, xüsusilə istirahət və turistik səfərlərin intensivləşməsi, hər bir yol hərəkəti iştirakçısından daha diqqətli davranmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi zəruridir:

Səfər öncəsi nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamaq

"Səfər öncəsi nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayın. İsti yay günlərində havanın yüksək temperaturu sürücünün həm fiziki, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərərək yuxululuq və diqqətsizlik hallarına səbəb ola bilər. Bu səbəbdən kondisioner sistemi olmayan avtomobillərlə uzaq məsafələrə səfər etmək tövsiyə edilmir. Kondisioner sistemi olan və lazımi avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri ilə isə günün sərin saatlarında yola çıxmaq və 2 saatdan bir qısa fasilə vermək məqsədəuyğundur. Unutmayın: Yuxusuz və yorğun halda sükan arxasına keçmək Sizin və digər yol hərəkəti iştirakçılarının həyatı üçün təhlükəlidir.

Sürət həddi ilə bağlı tövsiyə

Sürət həddinə riayət edin. Yüksək temperatur şəraitində təkərlərin hava təzyiqində baş vermiş dəyişiklik yol tutumunu azalda bilər. Nəticədə yüksək sürətlə hərəkət zamanı qəza riski xeyli artır. Sürət rejiminə yalnız radarların müşahidə etdiyi ərazilərdə deyil, yolun bütün hissəsində əməl olunması təhlükəsizliyiniz üçün mütləqdir. Unutmayın: Sürət yolu deyil, həyatı qısaldır.

İcarəyə götürülmüş avtomobil və sürücülərlə bağlı diqqətli olun.
İstirahət və ya turistik məqsədlə bölgələrə səfər edən bəzi vətəndaşlar, o cümlədən əcnəbi turistlər avtomobil icarəsi xidmətlərindən istifadə edirlər. Lakin həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti və onları idarə edən sürücülərin peşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensial təhlükə yaradır. İcarəyə götürülmüş avtomobilin texniki göstəricilərinə və sürücünün təcrübəsinə əmin olmaq vacibdir. Unutmayın: Nəzarətsiz və qeyri-rəsmi daşıma xidmətləri həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk daşıyır".

BDYPİ bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa, qaydalara əməl etməyə və hərəkətin təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.

Son xəbərlər

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər