Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər sərhəd pozucusu saxlanılıb.
Cenublu.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, mayın 7-də Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı – 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.
Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.