Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Astarada vətəndaşları qəbul edəcək.
Cenublu.az xəbər verir ki, görüş iyunun 4-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Burada Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşlarınin müraciətləri səsləndiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 258 39 84, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.