Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cari ilin ilk 10 günündə Lənkəran və Astarada narkotacirlər saxlanılıb. Bu haqda məlumatı bu gün, 14 yanvar tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsi paylaşıb.
Baş İdarədən verilən məlumata əsasən, Lənkəran şəhəri və Astara rayonunda keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan 8 nəfər saxlanılıb. Onların üzərindən 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.