Ölkənin əksər rayonlarında yağıntılı hava şəraiti davam edir.
Bu barədə Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Lənkəran və Astarada arabir şimşək çaxır və leysan xarakterli yağış yağır.
Dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin 7-si gündüzdən tədricən kəsiləcəyi, 8-i əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.