Aprelin 29-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az-a verilən xəbərə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Arabir şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Dağlıq ərazilərdə - Lerikdə qar yağıb.
Düşən yağıntının miqdarı Astarada 22, Yardımlıda 6, Lənkəranda 5, Cəlilabadda 3 mm-dək təşkil edib.
Havanın minimal temperaturu dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.