Cəlilabad rayonunun Üçtəpə kəndində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az xəbər verir ki, hadisə zamanı "БЕЛАРУСЬ" markalı traktorun yanar hissələri və ətrafında 200 m² ərazidə biçilmiş taxıl sahəsi yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Traktorun qoşqusu və yaxınlıqdakı taxıl sahəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.