Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az xəbər verir ki, hadisə Uzuntəpə kəndində baş verib. Ümumi sahəsi 21 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub. Bitişik tikililər alovdan mühafizə edilib və yanğın qısa zamanda söndürülüb.