Cəlilabadda meşə ərazisində yanğın qeydə alınıb.
Cenublu.az-ın verdiyi xəbərə görə, yanğın Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik sahəsindən başlayıb.
İlkin məlumata görə, yanğın meşə örtüyünün sıx olduğu hissədə qeydə alınıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.
Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.