Cəlilabad rayonunda yanğın baş verib.
Bizim.media-nın məlumatına görə, Sərhədabad kəndində "QAZ 53" markalı yük avtomobili yanıb. Daha sonra yanğın yük yerində olan ot bağlamalarına keçib.
Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunublar. Buna baxmayaraq avtomobil və ot bağlamaları tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.