Cəlilabad rayonunda taxıl sahəsində yanğın olub.
Unikal.аz xəbər verir ki, hadisə rayonun ucqar hissəsində yerləşən Edişə kəndindəki buğda sahəsində qeydə alınıb.
Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, 4 hektar sahə yanıb.
Faktla bağlı araşdırma aparılır.