Cəlilabad rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.
Cenublu.az xəbər verir, festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarmarkanın məqsədi kənd təsərrüfatı istehsalçılarının sertifikatlı toxumlara əlçatanlığının artırılması, toxumçuluq sektorunun inkişafı və fermerlərin innovativ texnologiyalarla tanışlığıdır.