Cəlilabadda 10-a yaxın iribuynuzlu heyvan elektrik cərəyanı vurması nəticəsində tələf olub.
Cenublu.az -ın verdiyi məlumata görə, hadisə Zərbiəlli kəndində baş verib. Biçilmiş əkin sahəsinin yandırılması nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb.
Nəticədə həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvan elektrik cərəyanı vurması nəticəsində tələf olub.
Hadisə barədə aidiyyəti qurumlara məlumat verildikdən sonra qəzanın nəticələri və elektrik xətlərindəki nasazlıq aradan qaldırılıb.