Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafiq Cəlilovun iyun ayında keçirəcəyi səyyar qəbulların qrafiki təqdim olunub.
Cenublu.az Cəlilabad RİH-ə istinadən xəbər verir ki, görüşlər:
- iyunun 4-ü saat 15:00-da Şorbaçı kənd tam orta məktəbin ərazisində;
- iyunun 11-i saat 15:00-da Xanılı kəndinin mərkəzi meydanında;
- iyunun 18-i saat 15:00-da Qasımbəyli kəndinin mərkəzi meydanında;
- iyunun 25-i saat 15:00-da Abazallı kənd tam orta məktəbin ərazisində baş tutacaq.