Cəlilabadda yetişdirilən çiyələk yerli bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur.
AZƏRTAC xəbər verir ki, İtaliya və İspaniya mənşəli çiyələk toxumları hesabına bu il Cəlilabadda əkin sahələri 600 hektardan 700 hektara qədər artırılıb.
İstehsalçılar intensiv metodlarla becərdiyi bu giləmeyvə sahələrində məhsuldarlıqla yanaşı, keyfiyyəti də əsas meyar seçiblər. Bu səbəbdən təsərrüfat sahibləri İtaliya və İspaniya təcrübəsini olduğu kimi plantasiyalarda tətbiq edirlər.
Hazırda örtükaltı sahələrlə yanaşı, açıq sahələrdə də çiyələk yığımına başlanılıb.