Astaralı məktəbli Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqədə fəxri kürsüyə yüksəlib. Bu haqda məlumat Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Məktəbin 11-ci sinif şagirdi Həsənli İbrahim uşaq və gənclər arasında hibrid (onlayn və canlı) formatda keçirilən “Sahibkar məktəbli” müsabiqəsində iştirak edib. O, müsabiqənin sonunda 2-ci yerə layiq görülüb.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnirdə İbrahim mini tablet və sertifikatla təltif olunub.