top
Bu gün Azərbaycanda Milli Mətbuat günüdür
21 iyul 2025, 21:59
- ↺ +

Bu gün Azərbaycanda Milli Mətbuat günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

22 iyul 1875-ci ildə maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti ilə Azərbaycanda Milli Mətbuatın əsası qoyulub. 1991-ci ildən məhz bu gün Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Azərbaycanın cənub bölgəsində ilk qəzet 1912-ci ildə Lənkəranda “Rıbnoye dole” adı ilə rus dilində çap edilib.

Cənub bölgəsinin rayonlarının ilk qəzetləri haqqında məlumatı təqdim edirik:

Lənkəran rayonunun ilk qəzeti “Qızıl Talış” 21 yanvar 1931-ci ildə nəşr edilməyə başlayıb. Bu qəzetin birinci redaktoru Böyükağa Mirsalayev olub. Qəzet 5 dekabr 1931-ci ildən “Sıə Tolış” (talış dilindən tərcümədə “Qızıl Talış”), 23 fevral 1939-cu ildən “Sosialist subtropikası”, 16 iyun 1957-ci ildən “Leninçi”, 22 sentyabr 1990-cı ildən isə “Lənkəran” adı ilə buraxılır.

Masallının ilk qəzeti “Yeni həyat” 31 may 1932-ci ildə çap edilib. Qəzet 1962-1965-ci illərdə indiki “Lənkəran” qəzetinə birləşdirilərək nəşr olunurdu. Bu qəzet sonralar “Çağırış”, “Yeni qəzet” adlandırılıb. 5 aprel 2002-ci ildən qəzet yenidən “Yeni həyat” adı ilə nəşr edilməyə başlayır.

Astaranın ilk qəzeti “Ostoro kolxozçi” 1932-ci ildə nəşr edilib. “Ostoro kolxozçi” talış dilindən tərcümədə “Astara kolxozçusu” deməkdir. Bu qəzet bir müddət sonra “Kolxoz tribunası”, “Sovet Astarası” adları ilə fəaliyyət göstərib. Hazırda qəzet “Astara” adı ilə nəşr olunur.

Cəlilabadın ilk qəzeti “Sosializm tarlaçısı” 1932-ci ildə çap edilib. Bu qəzet sonralar “Taxılçı”, 1990-cı ildən isə “Yeni gün” adlandırılır. Yardımlının ilk qəzeti “Vərgədüz kolxozçusu” 1936-cı ildə nəşr edilib. Qəzetin ilk redaktoru Təvəkkül Abbasov olub.

Yardımlı rayonu 1930-1938-ci illərdə Vərgədüz adlandırıldığından qəzet həmin adı daşıyıb. Qəzet 1938-1990-cı illərdə “Yeni kənd”, 1990-cı ildən isə “Zirvə” adlandırılır. Əməkdar jurnalist Sahib Əliyev 32 il (1966-1998) qəzetin baş redaktoru kimi işləyib. Tarixçi İldırım Şükürzadənin məlumatına görə, hazırda qəzet fəaliyyətini dayandırıb.

Lerikin ilk qəzeti “Zuvand kolxozçusu” 20 may 1937-ci ildə çap olunmağa başlayıb. Lerik rayonu 1930-1938-ci illərdə Zuvand adlandığına görə qəzet də həmin ad altında nəşr edilib. Qəzet 27 iyul 1937-ci ildən “Kolxoz yolu” adı ilə fəaliyyət göstərib. Həmin qəzet 1964-1965-ci illərdə indiki “Lənkəran” qəzeti ilə birləşdirilib. Daha sonra qəzet “Bolluq uğrunda”, hazırda isə “Lerik” adı altında çap olunur.

Son xəbərlər

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər