1 iyun 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsis olunması haqqında qərar verilib. Həmin gün keçirilən Qadınların Beynəlxalq Konfransı zamanı uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi qərara alınıb.
Azərbaycanda uşaqların hüquqlarının qorunması üçün 1998-ci ildə “Uşaq hüquqları haqqında” qanun qəbul edilib.
Hər zaman olduğu kimi, ölkəmizdə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir, onların müdafiə olunması və onlara qayğı göstərilməsi məqsədilə çoxsaylı işlər görülür.