Bu gün Biləsuvardan olan şəhid Əkrəm Kəlbiyevin doğum günüdür.
Kəlbiyev Əkrəm Faiq oğlu 1993- cü ilin 13 avqust tarixində Aşağı Cürəli kəndində dünyaya gəlib.
Ə.Kəlbiyev həqiqi hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Daxili Qoşunlarının xüsusi təyinatlı hissəsində gizir vəzifəsində çalışıb. O, 19 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilmişdir.
Ailəli idi, 1 övladı var.