Biləsuvar rayonunun Çinarlı kəndində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az xəbər verir ki, ümumi sahəsi 91 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 13 ton ot bağlaması yanıb. Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə edilib. Alov söndürülüb.