top
Biləsuvarda təsərrüfat dronlarından istifadə olunmağa başlanılıb
10 oktyabr 2025, 03:18
- ↺ +

Biləsuvarda təsərrüfat dronlarından istifadə olunmağa başlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvarda ilk dəfə pambıq sahələrinin becərilməsində təsərrüfat dronlarından istifadə olunmağa başlanılıb. Bu, Azərbaycanın kənd təsərrüfatında dron texnologiyasının tətbiqi istiqamətində atılan mühüm addımlardan biri hesab olunur.

Teleqraf.az xəbər verir ki, yeni texnologiya sahəyə ağır texnikaların vurduğu ziyanın qarşısını almaqla yanaşı, işin daha sürətli, dəqiq və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır.

Təsərrüfat sahibi Cahangir Səfərov bildirib ki, əvvəlki illərdə pambıq sahələrinin texnika ilə becərilməsi həm xərcləri artırır, həm də bitkilərin təkər altında qalması nəticəsində hektara 2 sentnerədək məhsul itkisinə səbəb olurdu. Onun sözlərinə görə, bu il dronların istifadəsi həm vaxt, həm də xərclərə qənaət baxımından böyük üstünlüklər yaradıb:

“Əvvəllər yağıntılı hava və su basmış sahələrə texnika daxil ola bilmirdi. Bu il isə dronlar sayəsində həmin problem tamamilə aradan qalxdı.”

Dron texnologiyası tam avtomatlaşdırılmış sistemlə idarə olunur: sahələrin koordinatları, uçuş hündürlüyü və pestisidlərin çiləmə sürəti əvvəlcədən proqramlaşdırılır. Operator sadəcə dronu havaya qaldırır, daha sonra proses avtomatik şəkildə davam edir.

40 litrə qədər maye daşıya bilən dronlar dərmanlama zamanı maye bitdiyi anda dayanır, doldurulduqdan sonra isə prosesi qaldığı nöqtədən davam etdirir. Uçuş zamanı ön və arxa hissədəki radarlar maneəni aşkar etdikdə cihaz gözləmə rejiminə keçir və operatora siqnal göndərir.

Dron operatoru Rəşid İmanzadə deyib ki, təhlükə yarandıqda videoqeydiyyat aparılır və istənilən problemi sonradan izləmək mümkündür. Həmçinin bitki çıxmayan boşluqlar qeyd olunur və baş aqronoma təqdim edilir ki, bu da sahənin məhsuldarlığını daha dəqiq hesablamağa imkan verir.

Hazırda Biləsuvarda bir dron gün ərzində təxminən 50 hektar sahədə dərmanlama və gübrələmə işlərini həyata keçirə bilir.

Mütəxəssislərin fikrincə, Biləsuvarda tətbiq olunan bu yenilik yaxın illərdə Azərbaycanın digər bölgələrində də kənd təsərrüfatında ənənəvi texnikanı mərhələli şəkildə əvəz edəcək.

Son xəbərlər

Faydalı
Bu gün, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər