top
Biləsuvarda iki nəfərin mübahisəsi cinayətlə nəticələndi
20 sentyabr 2025, 05:16
- ↺ +

Biləsuvarda iki nəfərin mübahisəsi cinayətlə nəticələndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvar rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Cenublu.az xəbər verir ki, hadisə bu il yanvarın 15-də baş verib. 1982-ci il təvəllüdlü Elnur həmin gün Eldar ilə şəxsi münasibətlər zəminində mübahisə edib və onun sifətinə zərbə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Elnurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, ifadəsində bildirib ki, Biləsuvar Mənzil Kommunal Təsərrüfatı İdarəsində işləyir və hadisə vaxtı Eldarın evinin qarşısında təmizlik işləri görürdü. Elnurun sözlərinə görə, Eldarın həyətinin qarşısına torpaq tökməsi işini çətinləşdirdiyi üçün ona irad bildirib, mübahisə yaranıb və sonda bir dəfə şillə ilə onu vurub.

Zərərçəkmiş Eldar isə bildirib ki, Elnur həyətdə yüksək səslə adını çağırdıqda ona irad bildirib. O, zibili ayrılmış yerə atdığını deyib, lakin Elnur ondan onu yığışdırmağı tələb edib. Mübahisə böyüyüb və Elnur onu yumruqla vurub. Qardaşı və Elnurun atası hadisəyə müdaxilə edərək tərəfləri ayırıblar.
Biləsuvar Rayon Məhkəməsi Elnuru təqsirli bilərək 6 ay azadlığın məhdudlaşdırılması cəzası verib. Bu müddətdə onun saat 23:00-dan 07:00-dək evdən çıxması və rayon ərazisini tərk etməsi qadağan olunub, həmçinin elektron nəzarət altında saxlanması qərara alınıb.

Son xəbərlər

Faydalı
Bu gün, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər