Biləsuvar rayonunda vətəndaş nikahında olan şəxs qadının şantajına etiraz edərək intihara cəhd göstərib.
Lent.аz xəbər verir ki, mayın 28-da gecə saatlarında rayon sakini Mirişov Elvin həyat yoldaşı hesab etdiyi və 2017-ci ildən qeyri-rəsmi münasibətlərdə olduğu qadının onunla bağlı böhtanlarından əsəbiləşərək üzərinə yandırıcı maye tökərək həyatına qəsd etməyə cəhd edib.
Ətrafda olan şəxslərin köməyi ilə yanğının qarşısı alınıb o, xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, cütlüyün bir övladı var.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.