Biləsuvar rayonunda baş verən yanğın zamanı bir ev tamamilə yanıb, ev sahibi – 96 yaşlı kişi isə xəsarət alıb.
Teleqraf.аz xəbər verir ki, hadisə Cəbrayıldan olan keçmiş məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yerləşən 75 nömrəli evdə qeydə alınıb.
Yanğın nəticəsində ev və içindəki əşyalar tamamilə yanıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun qonşu evlərə keçməsinin qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.