Bakı–Astara istiqamətində yolla hərəkət zamanı vətəndaşların və turistlərin daha keyfiyyətli xidmətlərlə təmin edilməsi üçün yeni layihəyə başlanılacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 may tarixində verir.
Azərbaycanın əsas avtomobil yollarında insanlara komfortlu xidmət edilməsi planlaşdırılan “Yolüstü” layihəsinin təqdimatı may ayının sonunda gözlənilir.
Bu layihə kafe, parkinq, ibadət otaqları, uşaq zonaları, elektrikli avtomobillər üçün dolum mərkəzləri, WiFi, WC və başqa xidmətləri əhatə edəcək. Ödənişləri nağd və ya kartla həyata keçirmək mümkün olacaq. Bundan əlavə, istifadəçilərin rahatlığı üçün “Yolüstü”nün mobil tətbiqi də təqdim ediləcək.
